Əks-REPO müqaviləsi

Reverse-repo contract Müştərilər tərəfindən qiymətli kağızların emitentə satışı (REPOnun açılması) və eyni zamanda emitent tərəfindən həmin qiymətli kağızları müştərilərə satmaq, müştərilərin isə onları emitentdən geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən müqavilə.
Əks istiqamətli investor (“qəribə” investor)
Əqd limiti
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Əks-partizan
Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır.
Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Əks inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks kəşfiyyat
Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
Əks-inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks mühəndislik
Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər. Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15 Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Əks-qəza avtomatikası
Əks-qəza avtomatikası (ƏQA) — enerji sistemin elektroenergetika rejiminin parametrlərinin ölçülməsini və emal edilməsini, məlumatların ötürülməsi və idarəetmə əmrlərinin verilməsini və nəzarət tədbirlərinin müəyyən edilmiş alqoritm və parametrlərə uyğun həyata keçirilməsini təmin edən, enerji sistemdə olan qəza rejimlərinin inkişafının qarşısını alan və ləğv edən qurğuların cəmidir. ƏQA qurğusu — qəzaların qeyd edilməsini həyata keçirən, enerji sistemin elektroenergetika rejiminin parametrlərini emal edən, idarəetmə təsirlərini seçən, qəza siqnalları və idarəetmə əmrlərini ötürən və ya nəzarət təsirlərini həyata keçirən və bütövlükdə (operativ və texniki) xidmət göstərən texniki qurğudur (aparat, terminal).
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Eskassus müqaviləsi
Latın Amerikası və Karib dənizində ətraf mühit məsələlərində məlumat əldə etmək, ictimaiyyətin iştirakı və ədalət haqqında Regional müqavilə, Eskassus müqaviləsi kimi daha yaxşı bilinir (isp. Acuerdo de Escazú) — Latın Amerikası və Karib dənizindəki 24 ölkənin imzaladığı beynəlxalq müqavilədir. Razılaşma ətraf mühit haqqında məlumat əldə etmək hüquqlarına, ətraf mühitə dair qərarların qəbul edilməsində ictimaiyyətin iştirakına, ekoloji ədalətə və indiki və gələcək nəsillər üçün sağlam bir mühit hüququna aiddir. Saziş Latın Amerikası və Karib dənizinin 33 ölkəsi üçün hazırlanmışdır. İmzalanan 24 ölkədən yalnız on iki nəfər bu müqaviləni təsdiqlədi: Antiqua və Barbuda, Argentina, Boliviya, Ekvador, Qayana, Meksika, Nikaraqua, Panama, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya və Uruqvay. Eskasutiya Sazişinin inkişaf etdirilməsi barədə razılaşma 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Konfransında əldə edilmiş və bu konfransın sonunda qəbul edilmiş yeganə məcburi müqavilədir. Saziş 2015-2018-ci illər arasında hazırlanıb və 4 Mart 2018-ci ildə Escazu (Kosta Rika) da qəbul edildi. Saziş 27 sentyabr 2018-ci ildə imzalanmış və 26 sentyabr 2020-ci il tarixinədək imzalanması üçün açıq qalmışdır. Müqavilənin 22 yanvar 2021-ci ildə Meksika və Argentinanın qoşulması ilə əldə edilmiş on birinci dövlət tərəfindən təsdiq edildikdən sonra qüvvəyə mindiyi düşünülür. Razılaşma 22 aprel 2021-ci ildə qüvvəyə minmişdir.
Finkenşteyn müqaviləsi
Finkenşteyn müqaviləsi — Qacarlar dövləti ilə Fransa arasında bağlanmış saziş. == XVIII əsrin sonları-XIX əsrin əvvəllərində İran-Fransa münasibətləri == Fransa İngiltərənin Hindistandakı mövqelərinə zərbə vurmaq üçün İranda möhkəmlənməyə çalışırdı. 1796-cı ilin iyulunda Fransanın nümayəndələri Olivye və Brüger Tehrana gəldi. Onlar 1708 və 1715-ci illər Fransa-Səfəvi müqavilələrinin yenidən təsdiqinə nail olmaq və İran-Rusiya münasibətlərinin kəskinləşdirilməsinə çalışırdılar. Lakin bütövlükdə bu missiyanın diplomatik kəşfiyyat xarakteri daşıdığı bildirilir. Fransanın İranda möhkəmlənməsinə yol vermək istəməyən İngiltərə diplomatik fəallığı artırdı və siyasi və ticarət müqavilələri imzalamağa nail oldu. Lakin İngiltərə 1804-cü ildə İranla-Rusiya arasında başlanan müharibənin gedişində üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməkdə ardıcıllıq göstərmədi. Belə bir vəziyyətdə Fransa ilə İran arasında münasibətlər yenidən canlandı. Fətəli şah (1797–1834) 1804-cü ildə I Napoleona məktubla müraciət etdi. Məktub növbəti ilin yanvarında Parisə çatdı.
Forvard müqaviləsi
Fyuçers Müqaviləsi
Fyuçers müqaviləsi yaxud Birja əqdi (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır. Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlər və spekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar. Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. 1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlar və bazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər. Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.
Georgievsk müqaviləsi
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. == XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət == XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.
Gülüstan müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. == Müqavilənin tarixi və şərtləri == Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi. Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Hotin müqaviləsi
Xotin müqaviləsi, 9 oktyabr 1621-ci ildə Osmanlı imperiyası ilə Reç Pospolita arasında imzalanmış sülh müqaviləsidir. 1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsini başa çatdıran müqavilədir. Reç Pospolita Valaxiya və Moldavianın işlərinə qarışdıqdan sonra Osmanlı imperiyası Reç Pospolitaya qarşı müharibə başlatdı. Sultan Gənc Osmanın komandanlığı altında 200 000 əsgərdən ibarət ordu Reç Pospolitanın əlindəki Hotin qalasını mühasirəyə aldı. Osmanlı ordusu dəfələrlə hücum etsə də, Hotin qalasını ala bilmədi. Qaraman bəylərbəyi Doğancı Ali Paşa, üç gün ərzində Hotin qalasının Dnepr çayından toplarla atəşə tutdu. Nəticə əldə edə bilmədikdə Polşa ordusunun üstünə yürüş başlandı. Ancaq güclü artilleriya atəşlərinə görə geri çəkilməli oldular. Demək olar ki, Polşa batalyonu ələ keçirilirdi, ancaq yeniçərilər müharibədən imtina edib yaxınlıqdakı kəndləri talan etməyə başladılar. Polşa əsgərləri fürsətdən istifadə edib əks hücuma keçdilər.
Hudeybiyyə müqaviləsi
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kalmar müqaviləsi
Kalmar müqaviləsi (1397–1523) — üç Skandinaviya krallığı olan İsveç, Danimarka və Norveçi birləşdirən müqavilə. 25 sentyabr 1397-ci ildə üç krallığın nümayəndələri arasında imzalanmışdır, nəticədə hər üç krallığın bir monarx tərəfindən idarə olunduğu Kalmar İttifaqı yaradılmışdır. Müqavilə hər krallığın müxtəlif hüquqi strukturlarını birləşdirmirdi. İsveç kralı I Qustav 6 iyun 1523-cü ildə Kalmar İttifaqını tərk etmiş, beləliklə müqavilə süquta uğramışdır.
Kürəkçay müqaviləsi
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə. == Müqaviləyə qədər siyasi şərait == Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.

Digər lüğətlərdə